“Qarabağ” və “Qəbələ” çətin sınaq qarşısında

29 Sentyabr 2016 09:14 (UTC+04:00)

Bu gün "Qarabağ" və "Qəbələ" futbol klubları UEFA Avropa Liqasının qrup mərhələsində növbəti görüşlərini keçirəcəklər.

Teleqraf.com-un məlumatına görə, "Qarabağ" klubunun rəqibi J qrupunun favoriti sayılan İtaliyanın Fiorentina klubu olacaq. "Qarabağ" bu oyunu səfərdə keçirəcək.

"Qarabağ" qrup mərhələsinin ilk oyununu Çexiyanın Slovan Libereç klubuna qarşı Bakıda keçirmişdi. Həmin oyun 2-2 hesabı ilə yekunlaşmışdı.

"Qəbələ" klubu isə Bakıda Almaniyanın Mayns klubunu qəbul edəcək. "Qəbələ" qrup mərhələsinin ilk oyunda Belçika səfərinə yollanmışdı. Belçika səfərində Anderlextlə görüşdə Qəbələ 3-1 hesabı ilə məğlub olmuşdu.