Meksikada hərbi patrula hücum: 4 ölü

30 Sentyabr 2016 23:13 (UTC+04:00)

Meksikanın Sinaloa ştatında Kuliakan şəhəri yaxınlığında hərbi patrula hücum 4 nəfər həlak ölüb, 11 hərbçi yaralanıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər xəstə məhbusu daşıyan təcili yardım maşınına və onu müşayiət edən konvoya hücum ediblər.

Cinayətkarlar xəstə məhbusu azad edə biliblər. Onların axtarışı istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.