Lerik sakini 2 kiloya yaxın narkotiklə tutuldu

1 Oktyabr 2016 20:01 (UTC+04:00)

Lerik rayon sakinindən narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayon sakini Qafur Kərimovdan 1 kiloqram 825 qram marixuana götürülüb.