Türkiyədə fövqəladə vəziyyət daha üç ay uzadıldı

3 Oktyabr 2016 19:39 (UTC+04:00)

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 90 gün uzadılıb.

Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetində keçirilən iclasda qərar qəbul edilib.

Müddətin uzadılmasına səbəb ölkədə FETÖ terror örgütünə qarşı başladılan əməliyyatların hələ də bitməməsi göstərilir.

Ayxan