"Şeyx", "Hacı Şahin", "Heydər" və "Cəngi" - 4 yeni fermer təsərrüfatı yaradıldı

5 Oktyabr 2016 10:19 (UTC+04:00)

Vergilər Nazirliyi "Şeyx", "Hacı Şahin", "Heydər" və "Cəngi" kəndli-fermer təsərrüfatlarını dövlət qeydiyyatına alıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, təsərrüfatlar MMC formasında bu ilin iyun ayında yaradılıb.

İlk ikisi İmişli rayonu, üçüncü - Bərdə rayonu, sonuncu isə Sumqayıt şəhərində yerləşir.

Hər 4 müəssisənin nizamnamə kapitalı simvolik olaraq 10 manat məbləğində müəyyən edilib.