Mahmud Abbas xəstəxanaya yerləşdirildi

6 Oktyabr 2016 16:38 (UTC+04:00)

Fələstin prezidenti Mahmud Abbasın səhhətində problem yaranıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Associated Press" agentiyi məlumat verib.

Məlumatlara görə, Mahmud Abbas ürəyində yaranmış narahatlıqla əlaqədar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mahmud Abbasın 81 yaşı var.

Samir