Nyu-Yorkda Putinə ad günü sürprizi - FOTO

7 Oktyabr 2016 10:49 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin portreti Nyu-Yorkdakı Manhetten körpüsündən asılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, portreti naməlum şəxslər gecə saatlarında oradan asıblar. Portretin üzərinə "sülhməramlı" sözü yazılıb.

Portret qısa müddət sonra oradan yığışdırılıb. Polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, bu gün Putinin 64 yaşı tamam olur.

Samir