Anasını itirən gənc özünü asdı

7 Oktyabr 2016 11:41 (UTC+04:00)

Bakıda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 18 yaşlı Xəyal Yəhyalı özünü asıb.

Xəyal Yəhyalı 2 il əvvəl anasını itirib. Həmin vaxtdan bəri depressiyaya düşən gənc bir neçə dəfə intihara cəhd edibmiş.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov