“Fətullah Gülən evlənir” - Türkiyəli yazar

11 Oktyabr 2016 13:13 (UTC+04:00)

Fətullahçı terror təşkilatının lideri Fətullah Gülənin evlənməsi ilə bağlı xəbər yayılıb.

Teleqraf.com xəbər verir ki, məlumatı "Türkiye Gazetesi"nin yazarı Fuad Uğur yayıb.

Onun sözlərinə görə, Gülən camaatının lideri evlənmək qərarına gəlib: "Fətullah Gülən 15 iyuldakı hərbi çevrilişə cəhddən dərhal sonra yaxın dostu Cevdet Türkyolu yanına çağıraraq niyyətini dilə gətirib. Deyilənə görə, Fətullah çevrilişin 100 faiz uğurlu olacağına inandığı və bununçün də həyat yoldaşını 6 ay əvvəldən seçdiyini deyib".

Uğur məlumatlarında "Zaman" qəzetinin Şərqi Anadolu bölgəsi üzrə təmsilçisi Ümid Akdəmirə istinad verib. Fuad Uğur bildirib ki, Gülən ABŞ-da Hillari Klintonun prezident seçiləcəyi təqdirdə sürgün ediləcəyini anlayıb və gedəcəyi ölkədə evləməyi planlaşdırıb".

Samir