Azərbaycan nefti 52 dollardan yuxarı qiymətə satılır

14 Oktyabr 2016 10:29 (UTC+04:00)

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar bahalaşaraq 50,44 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar artaraq 52,03 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,02 dollar ucuzlaşaraq 52,19 dollar təşkil edib.