37 yaşlı kişi bıçaqlandı

16 Oktyabr 2016 23:53 (UTC+04:00)

Bu gün axşam saatlarında Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bir neçə bıçaq xəsarəti alan rayonun Alekseyevka kənd sakini, 1979-cu il təvəllüdlü İsrafilov Oqtay Zərifşah oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunan O.İsrafilovun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

APA