Ronaldinyonun Bakı səfəri ilə bağlı yeni xəbər

20 Oktyabr 2016 12:12 (UTC+04:00)

Ronaldinyonun Bakıya gəlişinin səbəbi məlum olub.

Braziliyalı futbolçu ölkəmizə "Ronaldinyo Akademiyası"nın açılışı üçün səfər edib. O, "Qəbələ" klubunun prezidenti Tale Heydərovun dəvəti ilə paytaxtımıza təşrif buyurub.

Bununla bağlı bu gün Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək. Tədbir saat 16:00-da başlayacaq. (fanat.az)