Filippin prezidenti yenə Obamanı təhqir etdi

20 Oktyabr 2016 14:24 (UTC+04:00)

Filippin prezidenti Rodriqo Duterte Çinə səfəri zamanı ABŞ prezidenti Barak Obamanı növbəti dəfə təhqir edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Obamanı "it oğlu" adlandırıb.

Duterte bildirib ki, Filippin Qərbin diktəsi ilə həyata keçirdiyi xarici siyasətdən imtina edəcək: "Mən bundan boğaza yığılmışam. Mən ABŞ-a səfər etməyəcəm və bu ölkə ilə əlaqələrə yenidən baxacam".

Qeyd edək ki, Duterte amerikalı həmkarını bundan öncə “fahişə oğlu” adlandırmışdı.

Samir