Türkiyədən PYD-yə qarşı əməliyyat: 200 ölü

20 Oktyabr 2016 19:14 (UTC+04:00)

Türkiyə ordusu Fərat Qalxanı əməliyyatı çərçivəsində Suriyanın Hələb şəhərində PYD hədəflərini bombardman edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı Maarat Umm Havş bölgəsində təşkilata məxsus 18 hədəf məhv edilib.

Məlumatlara görə, əməliyyat çərçivəsində 200 terrorçu öldürülüb.

Samir