Qubada avtomobil yandı

23 Oktyabr 2016 19:11 (UTC+04:00)

Qubada avtomobil yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Quba şəhərində vətəndaşa məxsus "Запорожец" ("Zaporojeç") markalı minik avtomobilinin salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.