Bakıda gənclər arasında kütləvi dava: 1 yaralı

25 Oktyabr 2016 10:16 (UTC+04:00)

Bakının Səbail rayonu ərazisində kütləvi dava olub. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Üzeyir Hacıbəyli küçəsi, 21 ünvanında qeydə alınıb.

Həmin ərazidə 4 nəfər gənc arasında mübahisə baş verib. Gənclərin mübahisəsi sonradan davaya çevrilib.

Dava zamanı 1996-ci il təvəllüdlü Vüsal Abdullayev bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Vüsal Abdullayevdə həkimlər üç bıçaq xəsarəti almasını müəyyən ediblər.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov