Qusarda sürüşmə baş verdi: 15 ev köçürüldü

26 Oktyabr 2016 12:27 (UTC+04:00)

Qusar rayonunda sürüşmə aktivləşib.

Teleqraf.com-un "Report"a istinadla verdiyi məlumata görə, sürüşmə rayonun Urva kəndi ərazisində qeydə alınıb.

Sürüşmə zamanı kənd ərazisində 200 metr uzunluğunda yarğan əmələ gəlib. Sürüşmə zonasında yerləşən 16 evdən 15-nin sakinləri həmin ərazilərdən köçürülüb.

Köçürülən ailələr üçün yeni evlər tikilir.