İqtisadiyyat naziri Gürcüstana gedir

27 Oktyabr 2016 19:10 (UTC+04:00)

Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi məqsədilə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-28-də Gürcüstanda səfərdə olacaq.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, səfər zamanı Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.