Ramin Hacılı-Aysel Əlizadə cütlüyünün toy vaxtı dəqiqləşdi

2 İyul 2014 16:38 (UTC+04:00)

Gənc publisist-şairə Aysel Əlizadə və Ümid Partiyasının sədr müavini, tanınmış aktivist Ramin Hacılının toy vaxtı dəqiqləşib.

Bu barədə Ailem.az-a Ramin Hacılı özü məlumat verib. O bildirib ki, toyları bu il oktyabrın 9-da baş tutacaq.

Qeyd edək ki, Ramin Hacılı ötən həftə TedxBakı-nın mühazirəsində Aysel Əlizadəyə evlilik təklif etmiş, Aysel xanım isə şərtlərinin qəbul ediləcəyi təqdirdə təklifi qəbul edəcəyini bildirmişdi. Gənc şairənin şərtlərini qəbul edən Hacılı isə artıq toy vaxtını da dəqiqləşdirib.