Ukrayna ordusu ölkənin hava məkanını pozan Rusiya təyyarələrini vuracaq

4 İyul 2014 15:34 (UTC+04:00)
Əgər Rusiya təyyarələri və helikopterləri Ukrayna hava məkanını pozmaqda davam etsə, onlara zərbə endiriləcək.

Ukrayna mətbuatına istinadən verilən məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ukrayna Milli Təhükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib.

O bildirib ki, artıq Ukrayna tərəfi müvafiq xəbərdarlıq edib.

/apa/