Elza Seyidcahanın qızı iş adamına nişanlandı

7 İyul 2014 13:31 (UTC+04:00)

Əməkdar artist Elza Seyidcahanın qızı Gülşən nişanlandı.

Dediyinə görə, sevimli qızı iş adamına verib: "Hərisini verdik. Qarşıda nişan mərasimi olacaq. Qızımın öz seçimi idi, mən də öz razılığımı verdim. Bir Allah bəndəsidir, iş adamıdır. İnşallah, uğurlu seçim olar, Gülşənin seçiminə inanıram".

/publika.az/