Avropa Parlamenti Gürcüstanla vizasız rejimi dəstəklədi

2 Fevral 2017 18:08 (UTC+04:00)

Avropa Parlamenti Gürcüstanla viza rejiminin aradan qaldırılmasını dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, Brüsseldə keçirilən sessiya zamanı qərarı avroparlamentarilərin əksəriyyəti dəstəkləyib. Avropa İttifaqının üçüncü ölkələrlə viza rejimini dondurması proqramı çərçivəsində Gürcüstanla vizasız gediş-gəlişə bu ilin martından başlanılacaq.

Sessiyada çıxış edən miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə Avropa komissarı Dimitris Avramopulos bununla da Avropa İttifaqının bütün institutlarının Gürcüstanla vizasız rejimi dəstəklədiklərini bildirb. Komissar Gürcüstanın böyük yol keçdiyini, vizasız rejimin tətbiqi üçün bütün tələbləri yerinə yetirdyini vurğulayıb. Bununla belə o, qeyd edib ki, qərarın reallaşdırılacağı konkret tarix hələlik müəyyənləşməyib.

Avramopulos həmçinin qeyd edib ki, Tiflisə ilk səfəri zamanı bu şəhərdə Avropa İttifaqı bayraqlarının sayının çox olmasına heyran qalıb. “Bu bayraq orda daha çoxdur, nəinki Avropa İttifaqının digər paytaxt şəhərlərində”, deyə komissar bildirib.

Səxavət