Trampın qəbul etdiyi dərmanlar - SİYAHI

2 Fevral 2017 22:39 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın şəxsi həkimi "New York Times" qəzetinə müsahibə verib.

Teleqraf.com qəzetə istinadən xəbər verir ki, Harold Bornsteyn 70 yaşlı ABŞ prezidentinin qəbul etdiyi dərmanları açıqlayıb.

Onun sözlərinə görə, Tramp mütəmmadi olaraq tetratsiklin antibiotikini qəbul edir: "Onu yaşla əlaqədar bədəndə yaranacaq çəhrayı nöqtələrə qarşı qəbul edir. Onun daimi qəbul etdiyi dərman ürək tutma riskini azaldan aspirin, saçlarının tökülməsinin və prostatın qarşısını alan finasterid məhluludur".

Elvin