Trampdan İrana hərbi müdaxilə TƏHDİDİ

3 Fevral 2017 11:19 (UTC+04:00)

"Obama İranı süqut etməkdən qurtardı"

Ağ Evdə Amerikanın motosiklet istehsal edən məşhur "Harley Davidson" şirkətinin rəhbərlərini qəbul edən ABŞ prezidenti Donald Tramp İranın ballistik raket sınaqlarına münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Tramp Vaşinqton hökumətinin İranın ballistik raket proqramına qarşı heç bir seçim və variantı gözdən qaçırmayacağını bildirib.

Jurnalistin “Cənab prezident, bütün seçim və variantlar dedikdə hərbi seçim də nəzərdə tutulurmu” sualına Tramp velə cavab verib: “İrana qarşı bütün seçimlər masa üzərindədir. Masa üzərində olan seçimlərdən heç biri kənara qoyulmayıb”.

Bundan başqa, ABŞ prezidenti İranın nüvə sazişindən əvvəl dağılmaq ərəfəsində olduğunu deyib: “Lakin keçmiş prezident Barak Obama hökuməti İranla nüvə sazişi bağlayıb onun blokadaya alınmış 150 milyard dollar pulunun geri qaytarılmasına şərait yaradaq İranı süqutdan qurtardı”.

Qeyd edək ki, İranın yanvarın 29-da 500 kiloqramlıq nüvə başlığı daşımağa və 300 kilometrlik məsafəni qət etməyə qadir olan ortamənzilli ballistik raketi sınaqdan keçirməsi Qərbin, o cümlədən Amerikanın yeni hökumət rəsmilərinin ciddi etirazına səbəb olub.

Samir