Dünya Bankının vitse-prezidenti Bakıya gəlir

3 Fevral 2017 17:26 (UTC+04:00)

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller Azərbaycana səfər edəcək.

Teleqraf.com-un məlumatın agörə, səfər fevralın 9-na nəzərdə tutulub.

Bir günlük səfər çərçivəsində bank rəsmisinin Azərbaycan Prezidenti və hökumətin iqtisadi blokuna daxil olan qurumların rəhbərləri ilə görüşəcəyi planlaşdırılır.

Müllerin səfərinin əsas məqsədi Dünya Bankının qarşıdakı iki ildə Azərbaycandakı fəaliyyəti ilə bağlı proqramı müzakirə etməkdir.