Kayli Minoq sevgilisini evdən qovdu

4 Fevral 2017 15:54 (UTC+04:00)

Müğənni Kayli Minoq aktyor Coşua Sasşe ilə sevgili münasibətlərinə son qoyub və onu Londondakı evindən qovub.


Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, münasibətlərin bitməsinə səbəb Sasşenin müğənniyə xəyanət etməsi olub.

18 aydır birlikdə olan cütlük ötən ilin fevral ayında nişanlanmışdılar. Amma Sasşenin ispan aktrisa Marta Milansla yaxınlaşması Minoqu bərk əsəbləşdirib.

O, ayrılmaq qərarına gəlib.

Pərvin