Aleksandr Lukaşenko: “Rusiya ilə ciddi konfliktimiz başlaya bilər”

4 Fevral 2017 17:31 (UTC+04:00)

Belarusla Rusiya arasında sərhəd zonalarının öncədən danışıqlar olmadan demarkasiyası Minsklə Moskva arasında ciddi konfliktə səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib:

“Birtərəfli qaydada sərhəd zonalarının tikilməsi ilə Moskva yad əraziyə daxil ola və oranı tuta bilər. Mən əminəm ki, Rusiya buna getməyəcək”.

Rusiya bir neçə gün öncə Belarusla sərhəd zonalarının bərpa olunması haqqında qərar verib. İki ölkə arasında 1995-ci ildən bu yana sərhəd zonaları olmayıb. 2014-cü ildə Belarus belə sərhəd zonalarının yaradılması haqqında qərar qəbul etsə, onu reallaşdıra bilməyib.