Rusiyada bomba həyəcanı: yüzlərlə adam təxliyə olundu

4 Fevral 2017 21:58 (UTC+04:00)

Rusiyada Çelyabinsk hava limanında bomba xəbərdarlığından sonra yüzlərlə adam təxliyə olunub.

Teleqraf.com-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxs hava limanına zəng edərək binada və ya təyyarələrin birində bomba olduğunu deyib.

Bildirilir ki, xüsusi-xidmət orqanlarının əməkdaşları axtarış aparıblar və nəticədə bomba tapılmayıb.