Bloomberg: Rusiyaya qarşı sanksiyaların müddəti yarım il uzadıla bilər

5 Fevral 2017 11:25 (UTC+04:00)

Avropa İttifaqı martın ortalarında Rusiyanın və Ukraynanın 100 vətəndaşına qarşı sanksiyaların müddətini daha yarım il uzada bilər.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Brüsseldəki mənbələrdən Bloomberg-ə daxil olan məlumata görə, iş adamlarına və bəzi banların sahiblərinə tətbiq ediləcək sanksiyalar aktivlərin dondurulmasını və Avropa ölkələrinə girişə qadağa qoyulmasını nəzərdə tutur.