Mourinyo: “Mən əfsanəyəm!”

5 Fevral 2017 15:57 (UTC+04:00)

“Mən “Mançester Yunayted”də də çalışdığım digər klublardakı kimi çempionluq qazanmalıyam”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Lester”ə qaşrı bugün keçiriləcək oyun öncəsi jurnalistlərə bildirib.

“İşlədiyim bütün klubların – “Portu”, “İnter”, “Çelsi”nin əfsanəsiyəm. “Real”ın da tarixində adım keçir. Həqiqə tarixi qazandığın mükafatlar yazır. Zəfərlər tarixə keçir” – deyə Mourinyo bildrib.

Qeyd edək ki, Mourinyo “Portu”, “İnter”, “Çelsi”, və “Real”da ümumən 23 kubok qazanıb.