Su kəməri partladı, küçə hərəkətə bağlandı - FOTOLAR

6 Fevral 2017 16:35 (UTC+04:00)

Bakının Binəqədi rayonu ərazisindəki Abay Kunanbayev küçəsində su kəmərində qəza baş verib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının Teleqraf.com verdiyi məlumata görə, bu ərazidə su xətti partlayıb.

Küçədə avtomobillərin gediş-gəlişi məhdudlaşdırılıb. Hazırda su kəmərində baş vermiş qəza aradan qaldırılır.

İlhamə ƏBÜLFƏT

FOTO: Elçin MURAD