İlhamənin köməkçisinin həyat yoldaşı: “Mehriban psixoloji zərbə alıb”

7 Fevral 2017 18:53 (UTC+04:00)

“Mehriban psixoloji zərbə alıb. Əsəbləri tamam korlanıb. Ancaq inşallah, hər şey yaxşı olacaq. Hazırda evdədir. Hələlik qohumlarımız belə Mehribanın həbsdən çıxdığını bilmir”.

Bunu Teleqraf.com-a Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov bildirib.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinın qərarına əsasən, mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 1 il 3 ay müddətinə şərti cəzayla azdlığa buraxılıb.

Mehriban Hüseynova barəsində Cinayət Məcəlləsinin 29.180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdı. O, fevralın 25-də dünyasını dəyişən Xalq artisti İlhamə Quliyevanın var-dövlətini ələ keçirməkdə günahlandırılırdı.

Rəqsanə