Millimizin sabiq məşqçisi istefaya göndərildi

8 Fevral 2017 11:10 (UTC+04:00)

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq baş məşqçisi Nikolay Adam Hindistanın U-17 yığmasından istefaya göndərilib.

Teleqraf.com Hindistan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

N.Adamın azərbaycanlı köməkçisi Etibar İbrahimov da istefaya göndərilib.

Qeyd edək ki, N.Adam 2015-ci ilin aprelindən Hindistanın U-17 millisində çalışırdı.