Suriyadan acı xəbər: Dörd türk əsgəri şəhid oldu

8 Fevral 2017 20:54 (UTC+04:00)

Suriyanın Əl Bab mahalında İŞİD terror qruplaşması ilə gedən döyüşlərdə daha 2 türk əsgəri şəhid olub.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bununla da gün ərzində şəhid olan türk əsgərlərinin sayı 4-ə çatıb.

Xatırladaq ki, bu gün səhər saatlarında baş verən hücum nəticəsində 2 əsgər şəhid olub, 15 əsgər yaralanıb. Məlumata görə, 169 gündür davam edən “Fərat Qalxanı” hərəkatında Türkiyənin verdiyi şəhidlərin sayı 60-a yüksəlib.

Terrorçuların itkilərinin iki minə yaxın olduğu bildirilir.