Fərat Qalxanı əməliyyatı: daha 44 terrorçu öldürüldü

9 Fevral 2017 13:14 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri Suriyada Fərat Qalxanı əməliyyatını davam etdirir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Əməliyyatların 170-ci günündə Türkiyə ordusu Bzagah və Kabbasin bölgələrini İŞİD terrorçularından tamamilə təmizləyib. Döyüşlər zamanı 44 silahlı öldürülüb.

Samir