Biləsuvarda yanğın

11 Fevral 2017 00:25 (UTC+04:00)

Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.


Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Səmədabad kəndində ümumi sahəsi 12 m2 olan tikilinin içərisinə yığılmış 50 kq pambıq tullantıları yanıb.

Tikili və pambıq tayaları yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.