Sumqayıtda gözəllik salonu və mağaza qarət edildi

11 Fevral 2017 22:57 (UTC+04:00)

Sumqayıtda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci və 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Cavid Mustafayev tutulub.

O, yanvarın 23-ü və 27-də şəhər ərazisindəki gözəllik salonundan və mağazadan pul, 1ədəd kondisioner və ətriyyat oğurlamaqda şübhəli bilinir.


Cavid Mustafayev əvvəllər məhkum olunub.


Hacı Zeynalov