Şimali Koreyanın raket sınağı uğursuz oldu

12 Fevral 2017 10:56 (UTC+04:00)

ABŞ hərbçiləri Şimali Koreya tərəfindən ballistik raket buraxılışının uğursuz alındığını bildiriblər.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, raket yerli vaxtla saat 7:55-də Pxyonan-Pukto əyalətindən buraxılıb. Cənubi Koreya hərbçilərinin verdiyi məlumata görə, raket 500 kilometr məsafə qət edərək Yapon dənizinə düşüb. Tokio raketin Yaponiyaya aid iqtisadi zonaya daxil olmadığını bildirir.

Raketin növünü müəyyənləşdirmək hələlik mümkün olmayıb.