Evdən 7 min manatlıq qızıl oğurlandı - Bakıda

17 Fevral 2017 10:17 (UTC+04:00)

Bakının Binəqədi rayonunda evlərdən birində oğurluq edilib. Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birindən 7.000 manat dəyərində qızıl əşyaları və mobil telefon oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Amil Əhmədov tutulub.

Amil Əhmədovun əvvəllərdə məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov