Alim Qasımov Tehranda konsert verəcək

17 Fevral 2017 15:34 (UTC+04:00)

Alim Qasımov martın 9-10-da Tehranda konsert proqramı ilə çıxış edəcək.

Bunu xanəndənin mətbuat katibi Sədaqət Möhübova Teleqraf.com- a açıqlamasında deyib.

Xalq artisti konsertdə səhnəni iranlı musiqiçi Pərvaz Homay ilə bölüşəcək. Konsert proqramı 90 dəqiqə davam edəcək və Alim Qasımov öz qrupu ilə 45 dəqiqə ifa edəcək.


Konsert zamanı ifaçıların dueti də gözlənilir.

Pərvaz Homay 2005-ci ildə yaratdığı “Mastan” ansamblının vokalçısıdır.

Nərmin