Oteldə Tillersona yer çatmadı, sanatoriyada qaldı

17 Fevral 2017 17:23 (UTC+04:00)

ABŞ-ın yeni dövlət katibi Reks Tillerson "G-20"nin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Almaniyaya gəlib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüşdə iştirak edəcəyi ilə bağlı qərarı gec verən Tillerson üçün Bonn şəhərinin otellərində yer tapılmayıb.

Məlumatlara görə, o, gecəni Bonn şəhərindən 30 dəqiqəlik məsafədə yerləşən kəndin sanatoriyasında keçirib.

Samir