İlham Əliyev İsrailin müdafiə naziri ilə görüşdü - FOTO

17 Fevral 2017 18:30 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan-İsrail əlaqələrinin müxtəlif aspektləri müzakirə edildi. Aviqdor Libermanın xarici işlər naziri kimi Azərbaycana səfəri xatırlandı. İsrailin Baş naziri Benyamin Netanyahunun ötən il Azərbaycana etdiyi uğurlu səfərindən danışıldı. Azərbaycan ilə İsrail arasında hərbi-texniki sahədə əməkdaşlığın məmnunluq doğurduğu vurğulandı, bu sahədə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.