Atatürkü təhqir edənin hakim partiyadan istefası tələb olundu

18 Fevral 2017 16:44 (UTC+04:00)

Türkiyənin Mərsin şəhərində AKP Anamur Gənclər Təşkilatının sədri Həsən Bakinin Mustafa Kamal Atatürkü təhqir etdiyinə görə üzvü olduğu hakim AKP-dən istefası tələb edilib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Həsən Baki Twitter sosial şəbəkəsindəki hesabında Atatürkü hədəfə alıb.

Onun "Atatürk olmasaydı deyə bir şey yoxdur, kaş olmasaydı deyə bir gerçək var. Rəcəb Tayyib Ərdoğan yaxın zamanda o həqiqətin möhürünü vuracaq" ifadələri sərt reaksiyalara səbəb olub.

Bundan başqa o, Atatürkün türkə bənzəmədiyini iddia edib.

AKP Anamur vilayət başqanı Feyzullah Yılmaz Həsən Bakinin istefasını tələb edib, o, özünün də istefa verdiyini açıqlayıb. Feyzullah Yılmaz Həsən Bakinin fikirlərinin AKP ilə heç bir əlaqəsinin olmadığını dilə gətirib.

NƏRGİZ