Kənanla Fərda arasında gərginlik: “Bizdə kişilər yalan danışmır”

20 Fevral 2017 17:35 (UTC+04:00)

“Yüksək qonorar tələb etmədim. “Gecə qonağı-1”də çəkiləndə danışdıq ki, birinci film uğurlu alınarsa, ikincinin qonorarı yüksək olacaq. Kənan “Gecə qonağı-2”də çəkilmək üçün yüksək qonorar istədiyimi qabartmamalı idi. Normal məbləğ tələb etmişəm. Mən özümü aldadılmış və istifadə edilmiş hiss edirəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişində aktyor Fərda Xudaverdiyev deyib.

Kənan M.M isə saytımıza açıqlamasında Fərdaya “Bizim nəsildə kişilər yalan danışmır” deyə cavab verib.

Fərda Xudaverdiyev “Gecə qonağı-1” filmində ilk dəfə dramatik obraza çəkilib.

Aylin