Gülən tərəfdarı olan daha 227 hakim işdən azad edildi

20 Fevral 2017 23:14 (UTC+04:00)

Türkiyədə Fətullah Gülən şəbəkəsilə əlaqədə ittiham olunan daha 227 hakim və prokuror işini itirib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə sisteminin əməkdaşları ötən il iyul çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində işdən azad ediliblər.

Türkiyə hakim və prokurorlar Ali Şurasının sədr müavini Mehmet Yılmaz bildirib ki, ümumilikdə, eyni iş və ittihamla bağlı 3886 hakim və prokuror işdən azad edilib.