Dəm qazı iki bacının həyatına son qoydu

22 Fevral 2017 21:53 (UTC+04:00)

Gəncədə dəm qazından boğulma olub.

Hadisə şəhərin Abdulla Şur, 70 ünvanında qeydə alınıb.

Orada yaşayan 1939-cu il təvəllüdlü Rəna Nəbiyeva və onun bacısı 1960-cı il təvəllüdlü Zəhra Abdullayeva dəm qazından boğularaq ölüblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
/APA/