Xamneyidən İsrailə qarşı sərt bəyanatlar

23 Fevral 2017 00:15 (UTC+04:00)

İranın dini lideri Əli Xamneyi Tehranda keçirilən Fələstinə dəstək 6-cı beynəlxalq konfransında çıxış edərək İsrailə qarşı sərt bəyanatlar səsləndirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Xamneyi fələstinli qrupları aralarındakı ixtilafları bir kənara qoymağa və “sionizm”ə qarşı birgə mübarizəyə çağırıb.

O, İsraili regiondan kənar qüvvələrin birgə planı və fitnəsi ilə bölgədə yaranmış “Tarixin natəmiz səhifəsi” adlandırıb:

“Fələstinli qruplar bir-biri ilə olan ixtilafları kənara qoyub, İsrailə qarşı birgə mübarizə aparmalıdır. Fələstin xalqının müqavimət istiqamətindən uzaqlaşan hər bir qrup bizdən deyil. Şübhə yoxdur ki, bu rejim gec-tez tarixin pak səhifəsindən silinəcək”.

Samir