Müəllimə arvadını döyüb öldürənin məhkəməsi başladı - TƏFƏRRÜAT

24 Fevral 2017 15:33 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Namiq Əkbərzadənin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Xətai rayonunda 1979-cü il təvvəllüdlü Dilarə Hüseynova ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Qadın aldığı zərbələrdən xəstəxanada ölüb.

Məlum olub ki, Dilarə Hüseynovanı 1974-cü il təvvəllüdlü əri Namiq Əkbərzadə ailə-məişət zəminində döyüb. Dəhşətli cinayət ailənin iki azyaşlı övladlarının gözləri qarşısında baş verib.

Əri tərəfindən taxta ilə döyülərək öldürülən Dilarə Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyirmiş.

Namir Əkbərzadə narkotik maddə istifadəçisi olub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Namiq Əkbərzadənin anket məlumatları dəqiqləşdirilib. Prosesdə məlum olub ki, onun 6 və 9 yaşlarında övladları var. O, Moskvada ticarətlə məşğul olduğunu deyib.

Məhkəmə baxış 3-nə martın təyin edilib.

Hacı Zeynalov