“Xoca” filmi pulsuz nümayiş olunacaq

24 Fevral 2017 16:14 (UTC+04:00)

Fevral ayının 26-da Xocalı Faciəsinin 25-ci ildönümü ilə əlaqədar “CinemaPlus” kinoteatr şəbəkəsində Vahid Mustafayevin “Xoca” filminin pulsuz nümayişləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, filmdə Qarabağ müharibəsi dövründə iki sevgilinin faciəvi taleyindən danışılır. Ələkbər və Günel evlənmək qərarı verirlər və ərizə verib nikah növbəsinə dayanırlar. Toy gününü 1992-ci il 25 fevral tarixinə salırlar, lakin tezliklə kəşfiyyat zabiti Ələkbəri artıq müharibə gedən Qarabağa, Xocalı şəhərinə çağırırlar. Toy ərəfəsində, Bakıya qayıtmağı hazırlaşarkən, məlum olur ki, şəhər ermənilər tərəfindən mühasirəyə alınıb. O, seçim etməlidir: Bakıya qayıtmaq, harada ki, onun nişanlısı Günel gözləyir, və ya yoldaşları ilə şəhərdə qalıb döyüşə hazırlaşmaq...

Baş rollarda İlqar Musayev, Nigar Bahadurqızı, Elmira Yaqubova, Mina Sovetskaya, Azər Aydəmir həmçinin, Azərbaycanın əməkdar artisti Telman Əliyev və Azərbaycanın xalq artisti Nəcibə Hüseynova çəkilib.
Həmin gün “CinemaPlus” şəbəkəsinin hər kinoteatrının bir zalında “Xoca” filminin 6 seansı nümayiş olunacaq.

Həmçinin seanslardan komediya janrında olan bütün filmlər çıxarılacaq.

Nərmin