Pilotsuz aparat “Taliban” liderlərindən birini məhv etdi

26 Fevral 2017 21:24 (UTC+04:00)

Əfqanıstanda “Taliban” hərəkatının liderlərindən biri məhv edilib.

Pilotsuz təyyarənin hərbi düşərgəni atəşə tutması nəticəsində “Taliban” hərəkatının Gündüz əyalətindəki liderlərindən biri olan Abdul Salam öldürülüb. Atəş nəticəsində daha 2 silahlı məhv edilib.

Qeyd edək ki, son bir neçə ay ərzində Əfqanıstanın Nanqarxar, Gilmənd, Loqar və Gündüz əyalətlərində vəziyyət gərginləşib. "Taliban" və İŞİD silahlılarının fəallığı daha da artıb. (apa)